Alsın-aparsın ruhimi, cismi vücudumdan

Vikimənbə saytından
Alsın-aparsın ruhimi, cismi vücudumdan (1997)
Müəllif: RAUF CAVAD

Gül üzümə ey Canan, durma böylə pərişan!
Sarıl boynuma, qucaqla məni könül-candan!

Sənsiz neynərəm bu cihanda qərib diyarda,
Buraxma əlimi, incitmə qəlbimi aman!

Qopur tufanlar könlümdə, susuz ruh-canimdə,
Çatlayır bağrım, ləblər boyanıb qırmızı qan!

Geyinib ruhim bəzənib qanı lalə rəngi,
Qaynayır qanım, süzülür axır qan damardan!

Ölüm qucaqlayıb sıxır məni qollarında,
Öpür Şirin, şəkər-bal dodağı, dodağımdan!

Halım olub yaman, ölüm yarın ağuşunda,
Alsın-aparsın ruhimi, cismi vücudumdan!

Sən gəl bu qəlbi evini eyləmə viranə,
Seyr eylə ki, görəsən ki, Aşiqin nigaran!

Nəzərinlə söndür alışıb yanan atəşi,
Cigərim yanır eşq alovunda, gözlər duman!

İçim param-parçə, dərdi dönüb qarə xalə,
Sənsən yaralı könlümə məlhəm, dəva-dərman!

Aşiqə sevgi Dərdi bəla, söz, ümid yardır,
Qıl eşqinlə aşina məni, mən Aşiq Zaman!

Gözlərəm həsrətlə yar yolunu, xəbərsizəm,
Nə olar agah eylə məni, yoluna qurban!

Rauf Heyran Lalə-Nərgiz qızılgül ətrinə,
Açır tazə qönçə çiçək can, Zöhrəmə Heyran!