Məzmuna keç

Amandı (İsoy Qurbanov)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Amandı
Müəllif: İsoy Qurbanov


Birincidə deyim, ey qadir Allah,
Qurtar məni, bu dar gündən, amandı.
Haqq yoluynan getdim vallahi-billah,
Qurtar məni, bu dar gündən, amandı.

İkincidə deyim, cəddi peyğəmbər,
Ey cənabı Əli, - ey qətli əntər!
Gəl yetiş dadıma Cənabı Qənbər,
Qurtar məni, bu dar gündən, amandı.

Bismillahdı hər bir sözün əvvəli,
İlkin o kəlməni deyirəm, bəli.
Gəl yetiş haraya Cənabı Əli,
Qurtar məni, bu dar gündən, amandı.

Mən qəribəm, halım olubdu yaman,
Gəlməyimə heç kim eyləməz güman.
Yetiş sən dadıma Sahib-əz Zaman,
Qurtar məni, bu dar gündən, amandı.

Üzümü tuturam qibləgahlara,
O ziyarətgahlara, barigahlara.
Həsən, Hüseyn, o Heydarı Kərrara,
Qurtar məni, bu dar gündən, amandı.

İsoy deyər, hamı çatsın diləyə,
Dərd gəlməsin, xal düşməsin ürəyə.
Üz tuturam yerə, göyə, fələyə,
Qurtar məni, bu dar gündən, amandı.

Mənbə

[redaktə]