Məzmuna keç

Andan bərü gönüldüm, dost ilə bilə gəldüm

Vikimənbə saytından
Andan bərü gönüldüm, dost ilə bilə gəldüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Andan bərü gönüldüm, dost ilə bilə gəldüm,
Bəs bu aləmə çıqdum, bir əcəb halə gəldüm.

Ol dost açdı gözümi, göstərdi kendözümi,
KÖnlümdəki razumı söylədüm dilə gəldüm.

Gor nə yuvadan uçdum, bu xəlqə razum açdum,
Eşq duzağına düşdüm, dutıldum ələ gəldüm.

Duzağa düşən gülməz, aşiqlər rahet olmaz,
Söylərəm dilüm bilməz, bir əcəb işə gəldüm.

Bən bunda gəldüm bu dem, gerü elümə gedəm,
Sanma ki, bunda bəni altuna mala gəldüm.

Degüləm qiylü qaldən, ya yetmiş İki dildən,
Halum, əhvalum nədür, bu mülkə sora gəldüm.

Nə haldeyem ne biləm, duzaqdayam nə güləm,
Bir ğəribce bülbüləm, ötməgə gülə gəldüm.

Gül Mühəmməd dəridür, bülbül anun yaridur,
Ol gül ilə əzəli cəhanda bilə gəldüm.

Məsciddə, mədrəsədə çoq ibadət eylədüm,
Eşq odma yanuban andan hasilə gəldüm.

Qüdrət surət yapmadın, fəriştələr tapmadın,
Aləm xəlqi dönmədin iləm yola gəldüm.

Yenə Yunusa sordum, aydur Həqq nurrn gördüm,
İlk yaz günəşi kibi mövc urub toğa gəldüm.