Atam, tutam mən səni

Vikimənbə saytından
(Atəm, tutam mən səni səhifəsindən istiqamətləndirilmişdir)
Atam, tutam mən səni
Müəllif: Şifahi xalq ədəbiyyatı


Atam, tutam mən səni
Şəkərə qatam mən səni
Akşam babən gələndə ay
Önünə atəm mən səni.
Başlığına mən dolanım
Mən dönüm, mən dolanım
Səni Allah saxlasın
Sayəndə mən dolanım.
Balam sən bir danəsən
Sədəfdən dürdanəsən
Mən ölsəm, sana qurban
Sən ölmə bir danəsən.
Dərya ollam-bulannam
Sulcaq ollam salannam.
Sağ gözüm sənə qurban,
Sol gözümnən dolannam.
Xor-xorun olsun oğlum,
Gül torun olsun oğlum.
Sıralı qavax divində
Düyünün olsun oğlum.
Ev süpürə toz edə,
Hamama gedər naz edər
Əl-ayağı kir içində oy,
Yıkamam deyə naz edər.