Axşam olur, günəş batar indi buradan
Naviqasiyaya keçin
Axtarışa keçin
Axşam olur, günəş batar indi buradan Müəllif: Ziya Paşa |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Axşam olur, günəş batar indi buradan,
Qərib-qərib qaval çalar çoban dərədən.
Pək körpəsən, əsirgəsin səni Yaradan
Gir sürüyə, qurt qapmasın, gəl quzucuğum,
Sonra yardan aynlarsan, ah yavrucuğum.
Çünki Mevlam qul eylədi sənə özümü,
Basdığın yerlərə sürsəm üzüm, gözümü
Uyma əğyarın fəndinə, dinlə sözümü.
Gir sürüyə, qurt qapmasın, gəl quzucuğum,
Sonra yardan aynlarsan, ah yavrucuğum.
Dağlan duman bürüdü ağyar seçilməz,
Ovçu yolda duzaq qurmuş, yara keçilməz,
Vəfasızın məclisində badə içilməz.
Gir sürüyə, qurt qapmasın, gəl quzucuğum,
Sonra yardan aynlarsan, ah yavrucuğum.