Ayın yaranması haqqında

Vikimənbə saytından
Ayın yaranması haqqında
Müəllif: Əbülqasım Firdovsi

Qaranlıq gecəyə Ay olar çıraq,
Çalış pis əməldən uzaq gəz,uzaq.

Otuz gün fəzada gəzib,dövr edər,
Gecə zülmətində Yerə nur səpər.

O gah incələr,görsənər sapsarı,
Sanarsan bir aşiqdir,itmiş yarı.

Elə incələr ki,görünməz gözə,
Gecə seyrini saxlayar gündüzə.

Ayın hər gecə başqa bir həddi var,
O vaxt nuru artar ki,Ay bədr olar,

İki həftə artar,olar o bütün,
Solar,incələr sonralar günbəgün..

Bu təkrarı qismət edib həqq ona,
Ötər əsrlər,dərdi yetməz sona.