Ay-gün dolanıb, Zöhrəm! İlqar şəmi tələsir
Görünüş
Ay-gün dolanıb, Zöhrəm! İlqar şəmi tələsir (1995) Müəllif: RAUF CAVAD |
Sanki həyat son andır, Zamanəmi tələsir?!
Gündüz həsrət, gecəni görməyəmi tələsir?!
Qarışıb aləm bir-birinə göy küsüb yerə,
Yağış yağmır, bulud yağmağa, qəmi tələsir!
Güllər susuz qalıb, torpaq qup-quru quruyub,
Çiçəklər tumurcuqlanmır, yaz zəmi tələsir!
Yam-yaşıl otlar saralıb, yanıb kül tək olub,
Tufan, toz -duman bürüyüb aləmi, tələsir!
Naz eyləyir göydə ulduz, rəngarəng səmayə,
Ay batır gün çıxır, gül görüşəmi tələsir?!
Gözlədikcə günlər uzanır, ömür qısalır,
Yandırıb yaxır eşq atəşi, bəmi tələsir!
Çarəsiz biçarə düşüb əldən daha artıq,
Dərmansız dərdə düşüb gözlər, nəmi tələsir!
Rauf Həsrət, qalıb əvarə yar surətinə,
Ay-gün dolanıb, Zöhrəm! İlqar şəmi tələsir!