Ay "Sin"ə, "Sin"ə
Görünüş
Ay "Sin"ə, "Sin"ə Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 50 |
İbtidai «əlif»dən dərsim aldım,
Oxudum, yetişdim ay «sin»ə, «sin»ə.
Siratın sualın yadıma saldım,
Nə deyim gedəndə aysinə, sinə?!
Ovçular əllərinə mar alı,
Zənbur fəmə şaqayıqdan mar alı.
Kamil ovçu, yəqin, görüb maralı,
Gedir bərəsinə ay sinə-sinə.
Məhəmmədəm, sənə ərzim budu, ağa,
Yuyar qəssal. Qəddim bükər budu ağa.
Məcnun könlüm məskənsalıb bu dağa,
Müştaqdı Leylinin aysinəsinə.