Ay üzə-üzə (təcnis, Aşıq Musa)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ay üzə-üzə Müəllif: Aşıq Musa |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Ay ağalar, çeşmim yaşı sel oldu,
Çalxanır sonalar ay üzə-üzə.
Mərd sözünü deyər mərdü mərdana,
Namərd saxlar sözün ay üzə, üzə.
Nazlı dilbər əldə tutub nə saqı,
Dərd çəkənin nə bimarı, nə sağı.
Ala gözlər mənə eylər nasağı,
Kəc baxır, ömrümü ay üzə-üzə.
Aşıq Musa deyər, yetibdi dərdim,
Məni bu qürbətə atıbdı dərdim,
Səksəni, doxsanı ötübdü dərdim,
İndi də yetişib a yüzə, yüzə.