Bu səhifə korrektə edilib
Gəzdim, seyr eylədim adam içində,
Dəryayi-mühitəm adam içində,
Sayıl olub gəzsəm adam içində,
Seçər el içində say adam məni.
Abdullayam, qaldım yasın içində,
Yaradan saxlasın yasin içində,
“Əlif”,” lam” oxudum Yasin içində,
Yetişdim, öyrəndim, sayad “əmmə”ni.
AYA ZƏMİNDİ
Kamil ovçu durub ov bərəsində,
Qorxuram ovlaqdan ay azam indi.
Sərim dumanlıdır, köksüm odludur,
Dağılıb çiskinim, ayazam indi.
Dərd veribsən bundan artıq daha nə,
Gözəlliyin bundan artıq daha nə.
Ləblərini əgər versən dahanə,
Beymürvət, demirsən, ay az əm indi.
Bilən yoxdur nədi ismim, nədi adım,
Kimə çatdı nə fəryadım, nə dadım,
Əldən gedib nə ləzzətim, nə dadım,
Bilmirəm əsmandı, aya zəmindi.
71