Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Şeyx İbrahim Qüdsi Gəncəvi (məqalə)

Vikimənbə saytından
Seyid Əbülqasım Nəbati Azərbaycan ədəbiyyatı. I cild. Şeyx İbrahim Qüdsi Gəncəvi
Müəllif: Firudin bəy Köçərli
Sabit Şəqaqi


 
Yuxarıda adları zikr olunan Şamaxı vә Şirvan şairlәrinin müasirlәrindәn Gәncә şәhәrindә mәşhur olanları Şeyx İbrahim Qüdsi vә Ağaismayıl Zәbih hesab olunur. Hәr birinin tәrcümeyi-halından burada mәlumat verilir.
 
Mәrhum Şeyx İbrahim Şeyx Hәsәn oğlu Şeyxzamanov Gәncә şairlәrinin mәşhurundandır. Tәvәllüd edibdir Gәncәdә hicrәtin 1231-ci tarixindә, yüz sәnә bundan müqәddәm. Şeyx İbrahim tәlim alıbdır Gәncә pişnamazı mәrhum axund Molla Hüseyndәn. Mәlum ola ki, mәrhum Mirzә Fәtәli Axundov da hәmin bu müdәrrisdәn tәlim almışdır.
 
Şeyx İbrahimin әrәbcә vә farsca yaxşı biliyi var imiş vә müqtәdir türk şairlәrindәn birisi hesab olunur. Qüdsi müdәrrislik ilә vә bir tәrәfdәn Gәncә şәhәrinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbәsinin mütәvәlliliyi ilә güzәran edәrmiş. 1255-dә tәәhhül edibdir. Belә rәvayәt olunur ki, 1261-ci ilә kimi hәr sәnәdә bir qızı vücuda gәlir imiş.
 
1261-ci tarixdә haqq-taala ona bir oğul kәramәt edibdir vә şair bundan ziyadә xoşhal olub, ona «Әliәkbәr» ad qoyubdur vә bu münasibәtlә deyibdir:
 
Qәmәfza bәyani ke, dәr mәhzәrәst,
Ze mәn yadeqare-Әli Әkbәrәst.
Keşidәm bәsi sağәr әz xune-del,
Hәmana ke, tarixe-an «sağәr» әst.
 
Şeyx İbrahimin bir tәxәllüsü dә «Naseh»dir vә bәzәn «Şeyx» dәki yazarmış. Qüdsinin gözәl qәzәllәri var. Onlardan bir parası türkcәdir, amma әsәrlәrinin çoxu farsi dilindәdir. Xacә Hafizin qәzәllәrinә timsal olaraq bir çox qәzәllәr inşad etmişdir:
 
Ney taqәte-del dari,
Ney forsәte-didari,
Ney forsәte-didari,
Ney taqәte-del dari.
 
-- beytlәrilә başlanılan qәzәllәr kimi.
 
Qüdsi cәnabları şiәmәzhәb saliklәrindәndir. Gәncәnin müxtәsәr tarixçәsini general Lazarevin xahişinә görә, yazıbdır ki, onun müsәvvәdәsi әldәdir. Cümleyi-әşarı dağınıq surәtdә olduğu halda, eşitdiyimizә görә, hali-hәyatda olan oğlu Şeyx İsa hәzrәtlәri onları cәm etmәkdәdir. Ümidvar ki, tezliklә çapa verilsin.
 
Әşarından әlavә, «Tarixi-müqәddәs» kitabı dәxi tәrtib edibdir vә lakin mәrhumun bu әsәri dә hәnuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır. Divanına daxil olan şerlәr vә qәzәllәr 150-dәn ziyadәdir. Cümlә qәzәllәri yeddi beytdәn ibarәtdir; artıq-әskiyi yoxdur. Әsәrlәri әlәlümum ülәma qisminin zәmminә vә ruhani sinfinin çirkin vә qәbih әmәllәrinә dair әsәrlәrdir.
 
Sabiqdә Gәncә şәhәrindә qәzavәt edibdir vә sonraları gimnaziya mәktәbindә müәllim olubdur. Belә ki, Gәncәdә әvvәlinci әqaid vә türk dilinin müәllimi bu zat olubdur. Bәzi rәvayәtә görә, Şeyx İbrahimin Şeyx Nizami ilә qәrabәti var imiş.
 
Şeyx hәzrәtlәri ziyadә müttәqi vә dindar bir vücud olduğundan ülumi-ilahiyyәyә artıq bәlәdiyyatı var imiş vә Qurani-şәrifi әzbәr bilirmiş. İdareyi-ruhaniyyәdә Şeyx İbrahim rәqabәt imtahanı verәrkәn Qafqazın fәrmanfәrması -- namestniki knyaz Vorontsov hәzrәtlәri dә orada var imiş. Şeyxi-mәrhumun imtahan vaxtında izhar etdiyi elm vә kamalını müşahidә edib, ona afәrin vә tәhsin oxuyub, öz qızıl saatını da bәxş etmişdir.
 
Şeyx İbrahim 1282-ci tarixdә Gәncәdә qәflәtәn vәfat edib; mәqbәrәsi İmamzadә qәbristanındadır. Şeyxi-mәrhum ziyadә ağıllı, zәkavәtli vә hafizәli möhtәrәm bir alim imiş. Aşağıda yazılan qәzәl şeyxin kәlamlarındandır:
 
Eşq mәmnu olsa, bәs icadi-hüsnә yox sәbәb,
Әqli-qate hökmünә zәnni rәvayәt neylәsin?
 
Eşqdir bais ki, Yusif qissәsi әhsәndürür,
Qövli-hәqqi danmasın sahibqәvayәt, neylәsin?
 
Hüsni-izhar etmәyin hüsnünü zahid bilmәsә,
«Küntü kәnzәn» qövlünә yoxdur dirayәt, neylәsin?
 
Vaiz olsa xudbәxud münkir gәrәkdir olmaya,
Zahidin haqqı ona etmiş sirayәt, neylәsin?
 
Hüsni-cazibdir vә gәr nә eşq olmaz kimsәdә,
Eşqә gәr dnl vermәsin sahibkifayәt, neylәsin?
 
Şükri-nemәt etmәmәk küfrandır çün, Naseha,
Hüsni-qәdrin bilmәsin sahibhidayәt, neylәsin?
 
Mәrhum şeyxin әsәrlәrindәn bundan artıq nümunәlәr әlә düşmәdi ki, burada dәrc olunsun.