Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Aşıq Lənbərani (məqalə)

Vikimənbə saytından
Aşıq Әli Kəlibəri Qaracadağlı Azərbaycan ədəbiyyatı. I cild. Aşıq Lənbərani (məqalə)
Müəllif: Firudin bəy Köçərli
Aşıq Pəri


Bәzi rәvayәtә görә, Asәf Şirvaninin müasiri olaraq «Asәf» tәxәllüsü digәr bir şair dәxi var imiş ki, әslәn Qarabağ mahalında Lәnbәran qәryәsindәn imiş. Bu şairin ismü nәsәbi bir kәsә mәlum deyil. Әgәrçi filhәqiqә qarabağlı olsaydı, salxürdә şüәra vә әdiblәrimiz -- ki, әlan hali-hәyat üzrә baqidirlәr,--onun barәsindә az-çox mәlumat verә bilәrdilәr. Vәli bir kәsdәn sәhih bir xәbәr eşitmәdik. Hәr halda atidә dәrc olunan qәzәli lәnbәranlı Asәfә isnad verirlәr:
 
Cismindimi, bilmәm, görünür pirәhәn içrә,
Ya ruhi-rәvandır dolanır bu bәdәn içrә?
 
Kuyindә yüz il zülfә әsir olsam usanmam,
Әzbәs ki, qara gün mәnә xoşdur vәtәn içrә.
 
Bir şeri-nәmәkriz ilә ağzından öpәrdim,
Gizlin gedә bilsәydim әgәrçi süxәn içrә.
 
Mücganların içrә sәnin ol çeşmi-siyahın
Bir nәrgisi-tәrdir ki, bitibdir tikәn içrә.
 
Asәf güli-ruxsarını görmüşmü nigarın,
Qönçә dәhәni açıla qalmış çәmәn içrә?
 
Bu qәzәldә «bir şeri-nәmәkriz ilә» i. a. beytin mәalını, yәqin ki, Asәf Lәnbәrani samanilәr әsrindә zindәganlıq edәn mәşhur «Әmmar» tәxәllüslü şairin kәlamından iqtibas etmişdir. Әmmarın söz arasında gizlәnib dә yarın lәbindәn busә almaq barәsindә yazdığı şer budur:
 
Әndәr ğәzәle-xiş nehan xahәm gәşt,
Ta bәr lәbe-to buse zәnәm çon to bexani.
 
Asәf Lәnbәraninin fövqdә dәrc olunan kәlamından başqa bir neçә qәzәllәr vә bir müxәmmәs Mәhәmmәd ağa Müctәhidzadәnin «Riyazül-aşiqin» nam tәzkirәsindә zikr olunmuşdur. Vәli onların çәndan әhәmiyyәti olmadığı üçün tәkrarәn burada yazılmağı lazım görülmәdi.