Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Gәncә (məqalə)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Әlişir Nәvai Əmir Nizamәddin Azərbaycan ədəbiyyatı. I cild. Gәncә
Müəllif: Firudin bəy Köçərli
İbrahim İbn Əliyyün-Nәccar Xaqani


Gәncә şәhәri çox qәdim vә böyük şәhәrlәrdәn birisi olduğuna onun әtrafındakı әsari-әtiqә şәhadәt verir. Bu asar isә köhnә qәbristanlıqlardan, әski tәmiratın uçuq bünövrәlәrindәn, әski qala vә hasarların dağılmış divarlarından vә bu növ sair әlamәtlәrdәn ibarәtdir. Necә ki, tәvarixdә görünür, Gәncәnin başında çox böyük hadisәlәr vüqua gәlmişdir, onun üstündә çox qanlar tökülüb, canlar fәdaya getmişdir vә müruri-әyyam ilә başıbәlalı Gәncәnin yaxası әldәn-әlә keçib, müxtәlif milәl vә әqvamın yәdi-tәsәrrüfünә düşmüşdür.
  
Miladın yeddinci әsrindә Gәncә ermәni padşahlarından Tiqranın tәhti-hökumәtindә ikәn İran qoşunu onun üstünә hücum edib, әhalisini mәğlub vә şәhәri tәxrib qılmışdır. Haman bu yeddinci әsrin әvaxirindә Gәncә İran dövlәtinin ixtiyarından әrәblәrә keçib vә әrәblәrin bu yerlәrdә xәzәrlәr ilә bir çox böyük dava vә qırğınları vüqua gәlmişdir. Tarixi-miladın 1138-ci sinәsindә vüqui-zәlzәlәdәn şәhәr bilmәrrә dağılıb, sabiqi yerindәn qeyri bir mәhәllә nәql olunmuşdur. On dördüncü әsrin axırlarında Teymurlәngin hücumundan yeni bina tutmuş şәhәr dübarә viran vә әhalisi pәrişan olmuşdur. Tarixi-mәsihiyyәnin on altıncı әsrindә Gәncә yenә İran dövlәtinә tabe olur vә on yeddinci әsrin ibtidasında Şah Abbas Sәfәvi şәhәri indiki mәhәllinә köçürüb, möhkәm vә xoşsәliqә binalar yapmaqla onu xeyli abad edir vә İranzәmindәn Azәrbaycan türklәrindәn çoxlu evlәr köçürdüb Gәncәyә gәtirdir. Bu türklәrin sәy vә ehtimamı vә tәmirat işlәrindә onlara mәxsus olan mәharәt vә qabiliyyәtlәri sayәsindә şәhәr az bir vaxtın içindә zayidә, mәmur vә abad olunur. Şәhәrin ortasında Şah Abbas ali vә müzәyyәn bir cameyi-şәrif yapdırıb, müdәrris vә tәlәbәlәr üçün onun әtrafında hücrәlәr tikdirir. Bu mәscidin әmsalı indi dә nadir tapılır. Camenin özünün vә onda tәhsil edәn tәlәbәlәrin idarә vә mәxarici üçün böyük vә vәsi bir karvansara tikilib vәqf olunmuşdur.
 
Cameyi-şәrifin tәmiri miladın 1620-ci sәnәsindә vaqe olmuşdur. On sәkkizinci әsrin әvvәllәrindә Gәncә otuz ilәdәk Osmanlı dövlәtinin tәhti-idarәsinә keçib, sonra miladın 1735-ci ilindә Nadir şah ilә osmanlıların beynindә Gәncә üstündә böyük toqquşma vә vuruşmalar vüqua gәlib. Axirülәmr, Nadir şah osmanlılara qalib gәlir vә Osmanlı әskәrlәrini şәhәrdәn çıxmağa mәcbur qalır. Bundan sonra on doqquzuncu әsrin ibtidasına kimi Gәncә gah İran dövlәtinin tәbәiyyәtindә, gah Gürcüstan padşahlarının tәhti-hökumәtindә vә gah müstәqillәn öz xanlarının idarәsi altında olmuşdur.
 
Rus dövlәtinin әvvәlinci dәfә Gәncәyә sahiblik etmәyi miladın 1796-cı sәnәsindә olubdur. Amma bu sahibliyin müddәti çox çәkmәyibdir. 1804-cü ildә knyaz Sisianov Gәncәnin üstünә әskәr sürüb, onu müddәti-mütәmadi mühasirә elәyir. Gәncә xanı Cavad xan şәhәrin müdafiә vә mühafizәsi üçün ixtiyarında olan qoşuna özü sәrkәrdәlik etmişsә dә, axırda mәqtul olur.
 
Cavad xan mәqtul olandan sonra onun adamları rus qoşununun zor vә hücumuna tab gәtirә bilmәyib pәrakәndә olublar vә Gәncә yenә müvәqqәti rusların yәdi-tәsәrrüflәrinә keçir. Amma sonradan miladın 1813-tarixindә "Gülüstan" sülhnamәsinin hökmünә görә, Gәncә xanlığı bilkülliyә istiqlaliyyәtini itirib rus dövlәtinә tabe olur. Әvvәlcә uyezdni şәhәr qәrardadında, sonradan 1862-ci sәnәdә dәyişirilib qubernski şәhәr halına düşür. 1826-ci ilin iyul ayında Fәtәli şahın oğlu nayibüssәltәnә Abbas Mirzә Allahyar xan ilә bәrabәr güclü qoşun götürüb, Gәncәnin üstünә hücumavәr olub, rusları şәhәrdәn çıxmağa mәcbur qılır. Vә lakin haman il sentyabrın 4-dә general Mәdәdovun vә Paskeviçin sәrkәrdәliyi ilә İran qoşunu ilә rus qoşununun arasında Gәncәnin yeddi verstliyindә böyük bir müharibә vüqua gәlib, İran tәrәfi mәğlub vә münhәzim olur.
 
Knyaz Sisianov Gәncәni fәth edәndәn sonra ona imperatoriçә Yelizavetta Alekseyevnanın adını vermişdir, ona binәan Gәncә Yelizovetpol adlanır.
 
Gәncәnin mәhәlli-mövqeyi gen vә açıqdır; içindәn Gәncә çayı axır. Bәzi rәvayәtә görә, şәhәr bina olduqdan sonra mәzkur çayın adı ilә tәsmiyә olunmuşdur. Gәncәnin torpağı mәhsuldar vә münbit olur, hәr qisim meyvәcat yetirir. Şәhәrin dörd әtrafı bağ vә bostandır; artıq meyvәli vә mәdaxilli bir yer hesab olunur. Vәli abü havası çәndan sәlamәt deyil. Yay fәslindә şiddәtli isti olmağa görә, qızdırma (isitmә) vә qisim-qisim naxoşluqlar әmәlә gәlir. Şәhәrin nücәba qismi vә varlıları yay mövsümündә Hacıkәnd adlı yaylağa--ki, Gәncәnin yaxınlığındadır,--köçüb, orada istirahәt edirlәr. Fәqir-füqәra şәhәrdә qalıb növbәnöv mәrәzlәrә mübtәla olurlar. 1905-ci sәnәdә Gәncә şәhәri dәxi ermәni tayfası ilә müsәlmanların arasında vüqua gәlәn fәsad vә toqquşmadan salamat qalmadı. Onun mәrkәzindә olan ermәni tikililәri vә Şah Abbas karvansarası yanıb tәlәf oldu. Amma indi onların yerindә daha gözәl evlәr, mağazalar, mehmanxana vә karvansaralar tәmir olunubdur, düz vә enli küçәlәr salınıbdır.
 
Gәncә әhlinin әksәri müsәlmandır. Bu axır vaxtlardan bәri ülum vә maarif kәsbinә rәğbәt göstәrmәkdәdirlәr vә demәk olur ki, tәrәqqi yoluna düşüblәr.