Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Rafei (məqalə)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Qarabağ-Şuşa şəhəri Azərbaycan ədəbiyyatı. I cild. Rafei
Müəllif: Firudin bəy Köçərli
Seyid Əbülqasım Nəbati


Bu şairin dәxi ismü nәsәbi vә mәhәllü mәkanı mәlum deyil. Şiveyi-lisanından Qafqaz әhli olduğu anlaşılır. Vaqifin müasirlәrindәndir. Mürәbbeatından birisi zeyldә yazılır:
 
Sәn necә hәmdәmsәn, ey badi-sәba,
Nә müddәtdir xәbәrin yox halimdәn.
Nuh kimi qәrq oldum qәm girdabına,
Dәrdmәndәm, nolur tutsan әlimdәn?
 
Әfsunçu kar etmәz zülfün marına,
Cismim düşdü әnbәr telin tarına,
Pәrvanә tәk yandım eşqin narına,
Bülbül tәki әl üzmüşәm gülümdәn.
 
Mәndә xәyal vüsalına yetmәkdir,
Sәnin meylin qeyri hәmdәm tutmaqdır,
Mәn bülbülәm, işim fәğan etmәkdir,
Gәl yanıma, qaçma dәrdi-dilimdәn.
 
Yusifi Misirdә zindan öldürdü,
Züleyxanı dәrdi-pünhan öldürdü,
Rafeini dәrdi-hicran öldürdü,
Özün yetir, qurtargilәn ölümdәn.
 
Söz yoxdur ki, Rafeinin qәsdi bu şerlәri düzmәkdәn Molla Pәnah Vaqifә vә Molla Vәli Vidadiyә nәzirә yazmaq imiş vә lakin onların kәlamları ilә Rafeinin şerlәri arasında tәfavüt yerdәn göyәcәndir:
 
Daneye-felfel siyaho xale-mәhruyan siyah,
Hәr do del suzәnd, әmma in kocavo an koca. [1]
 
[1] Tərcüməsi:
İstiot dәnәsi dә qaradır, ayüzlülәrin xalı da,
Hәr ikisi ürәk yandırır, amma bu hara, o hara?