Azərbaycan K(b)P MK katibi M.C.Bağırov və Ermənistan K(b)P MK katibi Q.A.Arutinovun İ.Stalinə birgə müraciəti

Vikimənbə saytından
Jump to navigation Jump to search
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov və Ermənistan K(b)P MK katibi Q.A.Arutinovun İ.Stalinə birgə müraciəti (1947)
Müəllif: Mir Cəfər Bağırov və Q.A.Arutinov

Yoldaş İ.V.Stalinə

Son illərdə Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri məsələsini müzakirə edərək, aşağıdakı təkliflərlə Sizə müraciət etməyi qərara aldıq:

Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində yeni suvarma torpaqlarının yaranması ilə bağlı pambıqçılıq rayonlarının kolxozlarında işçi qüvvəsinin çatışmaması, həmçinin bu rayonlarda pambığın məhsuldarlığının artırılması məsələləri, Azərbaycan SSR-in bu rayonlarında əhalinin sayının artırılması məsələsini ortaya çıxarır.

Bu məsələnin ən real həlli bu rayonlara Ermənistanda yaşayan azərbaycanlı əhalidən 130 min nəfərin köçürülməsi ola bilər.

Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi, xaricdən vətənə köçən ermənilərin qəbulu və yerləşdirilməsi şərtlərini də xeyli asanlaşdırmış olardı.

Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalmış torpaqlar və yaşayış yerləri xaricdən köçüb gəlmiş erməni kəndlilərinin yerləşdirilməsi üçün istifadə oluna bilər.

Gəlinən nəticələrdən çıxış edərək, Sizin aşağıdakı məsələlərlə bağlı qərar qəbul etmənizi xahiş edirik:

1) Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalinin seyrək məskunlaşdığı pambıqçılıq rayonlarına köçürülməsi və boşalmış torpaqların və yaşayış yerlərinin xaricdən köçüb gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunması;

2) Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq və köçürməyə rəhbərlik etmək üçün birgə komissiyanın yaradılması;

3) Bu tədbirlərlə bağlı xərclərin İttifaq büdcəsinə daxil edilməsi.

3 dekabr 1947-ci il