Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (25 avqust 1956-cı il)
Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (25 avqust 1956) Müəllif: Azərbaycan SSR Ali Soveti |
Mənbə: "Kommunist" qəzeti, 25 avqust 1956-cı il. |
MADDƏ 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın: "Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir."
MADDƏ 2. Azərbaycan SSR Konstitusiyasının XIII fəsli: "Dövlət dili, gerb, bayraq, paytaxt" adlandırılsın və Konstitusiyanın mövcud olan 151-154-cü maddələrinin nömrələri dəyişdirilərək müvafiq sürətdə 152-55 nömrələrilə nömrələnsin.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M. İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S. Cəfərov Bakı səhəri, 21 avqust 1956-cı il.