Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan KP MK bürosunun Qərarı (24 iyul 1956-cı il)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan KP MK bürosunun Qərarı (24 iyul 1956)
Müəllif: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi


1. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin aşağıdakı məzmunda təklifi qəbul edilsin: "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir."
2. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın ki, bu təklifi Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasının müzakirəsinə çıxarsın.

(Mənbə: ARSPİHDA, fond 1, siyahı 43, iş 87, vərəq 113.)