Qanlı iyirmi yanvar

Vikimənbə saytından
(Bəşərin faciəsi səhifəsindən istiqamətləndirilmişdir)
Bəşərin faciəsi! (1993)
Müəllif: RAUF CAVAD

Qanlı iyirmi yanvar,
Şəhid oldu insanlar.
Gör nə qədər canlılar
Edildi can qurbanlar,
Çıxmaz yaddaşımızdan!

Bu faciə ağırdır,
Qəlbi dərddən bağırdır,
Gəl köməyə çağırdır,
Nadanlar kor, sağırdır,
Silinməz ağlımızdan!

Analar qəmgin-ağlar,
Qara geyib, şal bağlar,
Yerlər-göylər qan çağlar,
Solub gül, bağça-bağlar,
Aldılar ruhu candan!

Mütləq ki, alınacaq,
Qan yerdə qalmayacaq!
Sülh, bir Zaman olacaq,
Həyat, Rauf qalacaq!
Unutma can ağrıdan!