Məzmuna keç

Bən bəndə buldum çün Heqi, şəkkü güman nə’mdür bənüm

Vikimənbə saytından
Bən bəndə buldum çün Heqi, şəkkü güman nə’mdür bənüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bən bəndə buldum çün Heqi, şəkkü güman nə’mdür bənüm?!
Ol dost yiizin görməz isəm, bu gözlənim nə’mdür benüm?!

Gəlsün münacat eyləyən, doqsan bin hacət söyləyən,
Taşra ibadət eyləyən görsün (ki), dost nə’mdür bənüm.

Musa olub Tura çıqam, nur oluban gözdən baqam,
Söz oluban dildən çıqam, surü nəğm nə’mdür bənüm?!

Musa varur Tura çıqar, anda varur nura baqar,
Dostdan ğeyri zərrə qədər bu gözlərüm görməz bənüm.

Uş ben bəni cəm’ eylədüm, ol dosta iman eyledüm,
Birlİginə qıldum qamət, riya taət nə’mdür bənüm?!

Ol dost bana ümmi demiş, həm adumı Yunus qomış,
Dilüm şəkər, gövdəm qamış, bu söyləyən nə’mdür bənüm?!

Ümmi bənəm, Yunus bənəm, doqquz atam, dörtdür anam,
Eşq odma düşüb yanam, suqü bazar ne’mdür bənüm?!