Məzmuna keç

Bəzənibdir

Vikimənbə saytından
Bəzənibdir
Müəllif: Molla Pənah Vaqif


Yarım nə gözəl geyinib, əlvan bəzənibdir,
Balapuşi-yaşil,
Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir,
Xurşidə müqabil.
Sübhi duruban cilvə verir iki yanağə,
Dünyaya salır nur,
Bir hüsni-bədi-tələti-taban bəzənibdir,
Xoş rövnəqi kamil.
Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə,
Can almağa durmuş,
Hər qəmzəsi bir afəti-dövran bəzənibdir,
Bir qəmzəsi qatil.
Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir,
Hərdəm gəlir ondan,
Səndəl qoxulu zülfü pərişan bəzənibdir,
Qarətgəri-kamil.
Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət,
Ərər xəcil oldu,
Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir,
Aləm ona mail.
Ya rəbbi, bu şəhrə, о üzü mah gələydi,
Gedəydi bu zülmət,
Məcmueyi-xubana şəhənşah gələydi,
Edəydi ədalət.
Hicran, mənə sən çox elədin zülmü sitəmlər,
Səndən edərəm mən,
Fəryadıma ol xosrovi-dərgah gələydi,
Gör kim, nə şikayət.
Biləydi ki, Fərhad kimi təlxməzacəm,
Bir dadə yetəydi.
Ol ağzı şəkər, sözü şirin xah gələydi,
Edəydi inayət.
Vaqif, gecələr eyləmək olmaz qəmə dərman
Gər olmasa həmdəm,
Allahdan olub lütf о həmrah gələydi,
Qıl gündə mübahət.