Bağlamış övraqi-əqlə eşqdən şirazə söz

Vikimənbə saytından
Bağlamış övraqi-əqlə eşqdən şirazə söz
Müəllif: Əbülhəsən Vaqif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bağlamış övraqi-əqlə eşqdən şirazə söz,
Əqllə eşqə çəkib bir cild möhkəm tazə söz.

Məhrəm ol ey dil sözə, sözdür ənisi-əhli-dil,
Çun ərusi-bərkdir qoymuş özüni nazə söz.

Söz deyən məşşatədir, zinət verər şerə müdam,
Şeir rüxsarın edər göyçək həmişə ğazə söz.

Şairin şeri degil əndazəsiz, ey dil, sakin,
Düz nizamə nəzmi-şeri, demə biəndazə söz.

Can fənadır, yox bəqası, doğru sözdür ey könül!
Söz həyati-cavidandır, hər kim ey dil yaza söz.

Söz ki, var şəhbazdır, çıxsa şikarə seyd əgər,
Açsa şəhpər edib, gəlsə əgər pərvazə söz.

Şeir meydanında hər kəs bir qədr cövlan edər,
Bilməyənlər dəmbədəm, lakin çökər xəmyazə söz.

Söz sadə qılınc deyil, bir qaladır şəhr üçün,
Kim ki, şəhrə girmək istərsə açar dərvazə, söz.

Dün mənə vaiz dedi: söylə mənayi-şeir,
Qanmayıbdır bir tüki Vaqif, deyəm qanmaza söz.