Bağlamaq könlü xətadır xəmi-keysulərinə
Görünüş
| Bağlamaq könlü xətadır xəmi-keysulərinə Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Bağlamaq könlü xətadır xəmi-keysulərinə,
Saçır aşüftəbk ol şanə səri-mulərinə.
Sinəmə urdu bir ox qəmzə, kifayətmi edər,
Bir də ur, qurban olum qəmzeyi-cadulərinə.
Həbəşü Hindü Xətani satalar xalın üçün,
Qiymət olmaz o sənin daneyi-hindulərinə.
Tutdu mehrabə üzün, döydü yerə ol zahid,
Başını əymədi kafər xəmi-əbrulərinə.
Bu qədər naləvü zar eyləmə, Məxfi, bir utan,
Xəlq, aləm yığılıb gəldi bu hahulərinə.