Bağlanıb zülfünə pozdum əhdi də, peymam da
Naviqasiyaya keçin
Axtarışa keçin
Bağlanıb zülfünə pozdum əhdi də, peymam da Müəllif: Şeyx Qalib |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Bağlanıb zülfünə pozdum əhdi də, peymam da
Çeşmani gördüm, unutdum dərdi də, dərmanı da.
Ey xoş ol məsti-məhəbbət kim xumari-eşqdən
Bir qədəh meylə dəyişmiş küfrü də, imam da.
Mərdi-biqayda belakeşliktədir arami-dil
Yoxsa çoxdan tərk edərdim canı da, cananı da.
Bəndeyi piri xərabatam ki, yoxdur siqləti
Zahidi zərrakın olsun elmi de, irfanı da.
Ateşi-cansuzi-dil-fiki-dəhani-dirüba
Aşiqin məlumudur peydası da, pünhanı da.
Çunkı dərd əhlinə həp biganələrdir çarə nə
Sən dəxi yad etmə Qalib, səbri də, samanı da.