Məzmuna keç

Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz

Vikimənbə saytından
Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz
Müəllif: Məhəmməd Füzuli


Bana badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,

Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma

Əcəl peykinə seyli-əşk girdabi güzər verməz.

Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,

Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə

Ki, pəjmürdə nihalə verməyincə su, səmər verməz.

Qiyas et şəm’dən, vəhm eylə çərxin inqilabından

Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.

Bəla zimnində rahət olduğun izhar edər xəlqə

Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,

Sədəf su almayınca əbri-nisandan, gühər verməz.