Məzmuna keç

Bax (Aşıq Qərib Hasan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax (1905-1907-ci illər)
Müəllif: Aşıq Qərib Hasan
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014.

   
Görməyəydi, kor olaydı gözlərim,
Yolda-izdə meyidə bax, leşə bax.
Arvad-uşaq qan selində boğulub,
Kəsik başa, kəsik ələ, döşə bax.

Viran olub İrəvanın köyləri,
Öldürülüb ağaları, bəyləri.
Yetimlərin ərşə çıxır vayları,
Ürəklərə pərçimlənmiş şişə bax.

Kafir olan burun kəsib, göz dəlib,
Haqq üzülüb, niyə belə incəlib.
İt erməni qan sümürüb, dincəlib,
Urus ilə birləşibdi işə bax!

Harda qalıb türkün əri, igidi,
Yandırıblar qocaları, seyidi.
Aman Allah, itlər yeyir meyidi!
Basdırmağa yoxdu xəlbət güşə bax.

Evlər uçub, oba tüstü, dumandı,
Yanan insan, demə otdu-samandı.
Müsəlmanın halı necə yamandı,
Ayıqlığı edəcəkmi peşə bax.

Dığa-mığa qarğa-quzğun olubdu,
İt xılı tək obalara dolubdu.
Müsibətdən dağın gülü solubdu,
Kəllərdən yaranıbdı meşə bax!

Qərib Hasan bu vəhşətdən ah çəkər,
Fəryad edər, gözlərindən yaş tökər.
Qan içində yatır burda bəy-nökər,
Oyuq gözə, o qıcanmış dişə bax.