Bu səhifə korrektə edilib
Dost ürəyi bir-birinə qatılı,
Haqdan başqa bilən yoxdu batılı.
Sənətkar föcuna qürrə atılı,
Abdulla dostlara sadağa düşdü.
QƏZA BAX
Nagah yerdən sərsər əsdi sərimə,
Necə tutdu məni qəhri-qəza, bax!
Bir ox dəydi keçdi balu-pərimə,
Pərvanətək məni saldı gözə, bax.
Geyinib məclisdə dolanır ağı,
Mən olmuşam ala gözün dustağı.
Yenə məclisimdə gəzdirir ağı,
Yar tutubdur bir əlində məzə, bax.
Abdulla qocalıb gör nə söyləyir,
Təzdən eşqə düşüb, “mənəm-mən” – deyir.
Qəlbən dost olanlar belə söyləyir,
Eşqə düşüb, Sənan olub təzə, bax!
57