Bayram gəlib hamı geyib zər-ziba
Görünüş
| Bayram gəlib hamı geyib zər-ziba Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Bayram gəlib hamı geyib zər-ziba,
Bizdə nə bez, qədək, nə şal da yoxdur.
Qocaların şövqi olmaz söhbətə,
Nə başı eşqli cahıl da yoxdur.
Buğda olsa kəsdirərdik əriştə,
Düyü almamışıq yuyula təştə,
Yeddi gündür xanım çıxıbdır kəştə,
Qapılar gəzməkdən macal da yoxdur.