Məzmuna keç

Bilin

Vikimənbə saytından
Bilin
Müəllif: İsoy Qurbanov


Əziz balam, - yaralarım qan verir,
Məktubum gəlməsə, ölmüşəm, bilin.
Üzümü çevirib Vətənə sarı,
Qürbət torpaqlarda qalmışam, bilin.

Çevrilirəm sağa, sola qucaqda,
Lətif durur göz önümdə bu çağda.
Dörd balamı fikirləşib yataqda,
Acı xəyallara dalmışam, bilin.

İsoy son sözünü yazır varağa,
Sizləri tapşırır nurlu ocağa.
Dönmüşəm yaralı körpə uşağa,
Qara bulud kimi dolmuşam, bilin.

Mənbə

[redaktə]