Məzmuna keç

Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır

Vikimənbə saytından
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır
Müəllif: Molla Vəli Vidadi

Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,
Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.

Pərişandır könül, zülfü pərişanlar həvasında
Bu sevdadə olubdur mürği-dil avarə çoxdandır.

Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq,
Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır.

Qərəz canana mətləb can isə inkarımız yoxdur,
Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır.

Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən,
Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır.