Bu səhifə korrektə edilib
Mələklər şahısan, behişt hurisi,
Elə bildim sənsən göylər pərisi.
Bədirlənmiş aydı üzün şöləsi,
Rəhm qılsın günahkara zülflərin.
Sənətkar Abdulla oldu divana,
Kafər görsə o da gələr imana.
Mən ata, sən bala, düşmə gümana,
Çəkdi məni bu bazara zülflərin.
ANA BİLMƏSİN
Gedən qasid, sən Allahı sevirsən,
Elə gəlsin getsin, ana bilməsin.
Arif çoxdur məhəbbəti anlayar,
Pünhan gəlsin, bizim xanə1 bilməsin.
Qəvvas olan dəryalardan daş tapar,
Qəlbi yanan rüxsarı yaş tapar,
Arif çoxdur məclisində baş tapar,
İşarət anlayıb, qana bilməsin.
1 Ev
53