Məzmuna keç

Bin yıl əgər vəsfin deyəm, bir zərrəsin dükətməyem

Vikimənbə saytından
Bin yıl əgər vəsfin deyəm, bir zərrəsin dükətməyem
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Bin yıl əgər vəsfin deyəm, bir zərrəsin dükətməyem,
Bir qətrədə yüz bin dəniz, bir qətrəsin ayıtmayam.

Nə məsəl bağlamam olur, ne xud könül qərar bulur,
Kim bənzədə mislü misal, haşa ki bən bənzətməyəm.

Kim ede bir nəqşi-surət, nəqşü surətdən sən azad,
Necə əqllər səndə mat, necə üzri gözətmeyəm.

Əql çün fənayə vara, dəlü olan nə başara?!
Dəlülərə sənsin çarə, dəlü oldum, bes n'etməyəm?!

Ögrət imdi dil nə desün, şert oldur səni söylesün,
Tövfiq yarı qılur isə ğeyri dİle söylətməyəm.

Ne kim der isən de bana, qoma bəni bəndən yana,
Bənüm hacətüm oldurur, səni bana istətməyəm.

Çün padşahı güclü ola, pəs qul fuzul işlü ola,
Bən sənünem, bana nə ğəm, gər suç edəm, gər etməyəm.

Çün kim girdüm bir dənizə, ne kənan var, ne cəzirə,
Çün dört yanumdan mövc ura, turam qevi hiç batmayam.

Bənüm dəgül bu keleci, dövlət sənün, Yunus, neci?!
Çün dilüme qadir sənsin, sənsüz dilüm uzatmayam.