Məzmuna keç

Bir-bir (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bir-bir
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 31

Oturmuşdum səhər çağı bixəbər,
Gözəllər üstümə gəldilər bir-bir.
Əzdilər qəlbimi, etdilər qabar,
Bağrımın başını dəldilər bir-bir.

Ötüşür kəkliklər, səs verir qaya,
Camalın şöləsin bənzətdim aya.
Huridi, pəridi bir bölük maya,
Söylədim dərdimi, bildilər bir-bir.

Olsa bizim yerdə belə nazdılar,
Qulsuz, qarabaşsız saxlamazdılar.
İman ərz eyləyir, şirin sözdülər
Xumar gözlərini süzdülər bir-bir.