Məzmuna keç

Bir şəxsin, bir ilantutanın ilan torbasını oğurlaması, ilanın oğrunu çalıb öldürməsi hekayəti

Vikimənbə saytından
Bir şəxsin, bir ilantutanın ilan torbasını oğurlaması, ilanın oğrunu çalıb öldürməsi hekayəti
Müəllif: Mövlana Cəlaləddin Rumi


Bir oğru, ilançıdan, ilan oğurluq etdi,
Əbləhlikdən ilanı qənimət bilib, getdi.
Qurtuldu ilantutan, ilandan qəhər ilə,
İlan öldürdü zar-zar oğrunu zəhər ilə.
İlançı, o oğrunu görcək, tanıdı onu.
Dedi: - Öz canı ilə verdi ilan pulunu.
Ürəyimdə, qəlbimdə edirdim duanı mən,
Kaş tapaydım oğrunu, alaydım ilanı mən!
Şükr olsun Allaha ki, duamı bədəl etdi,
Ziyan başa düşürdüm, xeyrə mübəddəl etdi.
Çoxlu dualar vardır, sonda gətirir həlak,
Kərəmindən eşitmir, bəzən O Yəzdani-pak.
Məsləhəti – məsləhət çağırar düzgün yola,
Məsləhəti eşidər, qayıdar bir gün yola!
O duanı söyləyən, şübhələnər, şəklənər,
Zənnini pisə yozar, pis başına ələnər,
Başa düşməz özünə dərd-bəla istəmişdir,
Haqqı öz kərəmindən bəla göstərməmişdir.