Bir bax (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bir bax (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Dərdindən dəliyəm, mürvətin olsun,
Eşqini qəlbindən yaz, yana bir bax.
Şeyda bülbüllər də gül fərağında,
Ətirli bir bahar, ya ana, bir bax.

Düşmür dildən o gül yanağın adı,
Lalənin çöhrəsi yanağındadı.
Gedərmi ağzımdan yanağın dadı,
Açılmış hüsnündə yaz, ana, bir bax.

Cilvələnib çıxıb gülşən seyrinə,
Yarsız cənnət olsun onun seyri nə?
Məmmədhüseyni xub salıbdı sehrinə,
Yaraşır al-əlvan ya ona, bir bax.