Bir gözə ləli
Görünüş
Bir gözə ləli Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.309 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Arif ziba görsə, meyl etməz ona,
Göstərmə gəl, sərraf, bir gözə ləli.
Qur nizam-tərəzi, tap isbatını,
Bir gözə gözəl qoy, bir gözə ləli.
Açmışam baharı yasəmənimlə,
Alqışla gül-çiçək, ya səmənimlə.
Öləndə gəl batma yasa, mənimlə,
Dirilləm, oxşasa, bir gözəl əli.
Qəm, dəm dolu, qoşa bu iki sini,
Əzvaca gəl qazma bu iki sini,
Alı gözəl bilir bu ikisini –
Bir gözəl Məhəmməd, bir gözəl Əli.