Bir kəs ki, qəm ducan ola, ağlar, ağlamaz

Vikimənbə saytından
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz
Müəllif: Mirzə Rəhim bəy Fəna
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?
Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?

Şaxi-murada mürği-dili qonmamış hənuz,
Səyyadi-qəm şikarı ola, ağlar, ağlamaz?

Zülfün əsiri oldu könül sərneviştdən,
Kim tirəbəxti-tarı ola, ağlar, ağlamaz?

Vəsli-nigarə adəl edib şadkam olan,
Dərdi-fəraq zarı ola, ağlar, ağlamaz?

Bir bülbülün ki, gülşəni pamali-xar olub,
Misli-xəzan baharı, ola ağlar, ağlamaz?

Məhnət oxu dəyibdi dili-dərdiməndimə,
Ha böylə zəxmkarı ola, ağlar, ağlamaz?

Yoxdur könüldən özgə həyatımda bir güman,
Hər kim ki, boylə yarı ola, ağlar, ağlamaz?

Hər kim əsiri bir gülün ola mən kimi,
Yarı dilində xarı ola, ağlar, ağlamaz?

Bidil Fəna vəfa diləyib, yara can verib,
Əğyara yar yarın ola, ağlar, ağlamaz?