Məzmuna keç

Bir məsləhət

Vikimənbə saytından
Bir məsləhət
Müəllif: Mirzə Əli Möcüz


Yükün az çat bir az, qardaş, ulağın xeyli lağәrdir.
Nә tәk zülm eylәyәn dünyadә bir Şimri-sitәmkәrdir.
O zülmi ki, edirsәn sәn, onu hәrgiz firәng etmәz,
Düşün, ey kәmsәadәt, sәn müsәlmansan, o kafәrdir!
Bizi soxma, qanatma üzvini biçarә heyvanın,
Sәn insaniyyәtin pozma, әgәr qarşındakı xәrdir.
Qabırqasın әzirsәn ki, tez olsun mәtlәbin hasil
Gedәmmәz o yeyin ondan, o nә maşın, nә әstәrdir,
Sәnin qorxundan ahulәr sәri-daqi edib mәskәn,
Pәlәngü gәrgәdәndәn çün bәniadәm sitәmgәrdir.
Dili yoxdur gedә әrzә, şikayәt eylәyә sәndәn,
O da dәrdin deyәr bir gün, o gün ki, ruzi-mәhşәrdir.
Niyә zülm eylәdin biçarәyә?-Sәndәn sual eylәr,
Onu xәlq eylәyәn var, xaliqi allahi әkbәrdir.
Qәmavәrdir bu sözlәr, Möcüza, sәn böylә yazmazdın,
Nә görmüşsәn bu gün söylә, nәdәn halın mükәddәrdir?
Sәyahәt eylә bir şair, dolan, gәz mülki İrani,
Mәgәr iranlıya, yahu, Vәtәn bir bu Şәbüstәrdir?