Məzmuna keç

Bir tuluq

Vikimənbə saytından
Bir tuluq
Müəllif: Salman Mümtaz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

“O mələkzadətıi mütləq sevirəm”.
Xalidbəy Səbribəyzadə



Şeri-Cavidi görüb gülmüş idim,
Demə, biçarədə yoxdur təqsir.
Qəhqəhəylə uğunub ölmüş idim,
Səbribəyzadəden imiş təğyir,
Bən onu çox sevirəm, gop sevirəm.
Yeni şair, o müdiri-məğlub,
Görmüşə gülmüşü qılmışdı rədif,
Gərək, əlbəttə, dəyişsin üslub,
Qaba Qafqaz dilin etsin də zərif,
Bən onu gop sevirəm, çox seviram.
Gör nə xoş qafiyələr işlətmiş:
Diqqət et, ağlayaraq, sallayaraq,
Üdbayə dodağm dişletmiş,
İki dedim, iki dedin sayaraq,
Bən onu gop seviram, gop seviram.
Heyfsən, qəti-ümid etmə, gözüm,
Sən ki, varsan, səmər eylər Qafqaz,
Hər söz ilə dəlirib, bitmə, gözüm,
Dediyin, işlədiyindir dəmsaz,
Səni bən çox seviram, çox sevirem.
Kədərim yox, sevərim bən səni çox,
Gözəlim, noəməlim, bibədəlim,
Şüəra çeşminə əşannı sox,
Sən xuram et, dalıdan bən də gəlim,
Səni bən hey seviram, gop seviram.