Bir vətəndaş kimi düşünməliyik

Vikimənbə saytından
Bir vətəndaş kimi düşünməliyik - bu gün vətənə nə vermişik... (2018)
Müəllif: Zaur Ustac
Mənbə: "Həftə içi" qəzeti (2018-11-17-19). Bir vətəndaş kimi düşünməliyik - bu gün vətənə nə vermişik... (az). Anl.az. Orijinal mənbədən 2020-12-20 tarixində arxivləşdirilib. Yoxlanılıb 2021-08-28.

 
Tanınmış şair-pedaqoq Zaur Ustac çətin və şərəfli bir yol keçib. Vətənin qeyrətli oğullarından biri kimi Qarabağ hadisələri zamanı Bakl Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq, könüllü şəkildə hərbi xidmətə gedib və bir əlində silah, bir əlində qələm torpaqlarımızın müdafiəsinə qoşulub. Zaur həm də istedadlı şairdir. Onun özünəməxsus yaradıcılığı, ədəbi mühitə baxışı var. Onun bir sıra əsərləri dünyanın bir çox ölkələrində çap olunub. Mən deyərdim ki, bu gün çağdaş ədəbiyyatımızda kifayət qədər tanınan və oxunan yazarlarımızdan biri də Zaur Ustacdır. “Ədəbi düşüncə” rubrikasının elə budəfəki qonağı da “Qızıl qələm” mükafatı laueratı, Qarabağ Müharibəsi Vereranı şair Zaur Ustacdır.

 

Zaur ustac (Zaur Mustafayev) söhbətə keçdiyi həyat yolundan başladı. Bildirdi ki, 1975-ci ildə Bakı şəhərində doğulub. Uşaqlıq illərində ailəsi doğma yurd-yerləri olan Ağdamın Yusifcanlı kəndinə köçüb:

– 1991-ci ildə Yusifcanlı kəndində orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil oldum. 1993-cü ildə təhsilimi yarımçıq qoyub könüllü şəkildə leytenant rütbəsi ilə hərbi xidmətə getdim. Uğurlu “Ağdərə əməliyyatı”nın iştirakçılarından biri kimi, Hava Hücumlarından Müdafiəsi Qüvvələrində komandan heyəti olmuşam. 2002-ci ildə zabit kimi ehtiyata buraxıldım. Sonra Bakı Ali Ümumqoşun Komandanlıq məktəbini bitirib, 3 il Naxçıvanda “N” saylı hərbi hissədə xidmət etdim. Bir zabit kimi ehtiyata buraxıldıqdan sonra, Şamaxı Humanitar Kollecinidə pedaqoji təhsil aldım. Hazırda pedaqoji fəaliyyətlə məşğul oluram. Eyni zamanda yaradıcılığımı da davam etdirirəm.

Zaur pedaqoji fəaliyyətindən söz açaraq deyir ki, 10 il apardığı araşdırmalar öz bəhrəsini verib:

– Bu müddət ərzində apardığım araşdırmalar nəticəsində 3-cü sinif şagirdləri üçün yazdığım “39 həftəlik “İngilis dili” proqramı” “Brittişi konsuıu”ndan müsbət rəy alıb. Həmin proqramla məktəblərdə oxiyan 3-cü sinif şagirdlərinə adıçəkilən dili öyrədirəm.

Müsahibim deyir ki, “Ustac” ləqəbi nadir təxəllüsdür. “Ustac” sözünün lüğəti mənasını bilmədən bu təxəllüsü özümə götürdüm. Sonradan öyrəndim ki, “ustac” sözünün əsl mənası başın ağıldan olan tacı deməkdir. Uşaqlıq illərindən şeir yazıram, hətta orta məktəbdə oxuyanda Ağdamın “Lenin yolu” qəzetində maraqlı məqalə və şeirlərimlə çıxış edərdim.

Açığını deyim ki, 5-ci sinifdə oxuyarkən ilk dəfə əlimə qələm alıb “Sülh göyərçini” şeirini yazdım və bu şeirlə də ədəbiyyata gəldim. Elə həmin illərdən də “Azərbaycan pioneri”, “Odlar yurdu” qəzetində, “Pioner” jurnalında çap olunmağa başladım. 2010-cu ildə “Günaydın” (“Ağ çiçəyim”) şeirlər kitabım işıq üzü gördü. 15-dən çox kitabın müəllifiyəm. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığım “Oriyentir ulduzu” adlı 4 hissədən ibarət povestim 3 500 tirajla 5 dəfə kitab şəklində nəşr olunaraq hərbi hissələrə, respublikanın bütün bölgələrində fəaliyyət göstərən kitabxanalara və eləcə də ümumtəhsil məktəblərinin kitabxanalarına paylanılıb. Bu kitab mənə uğur gətirdi. Bu günə kimi onun 10 mindən çox oxucusu var. Eyni zamanda, adıçəkilən kitabın elektron variantı kitabxanalarda saxlanılır. Bədii əsərlərlə yanaşı, təhsil sahəsində bir sıra kitablarım işıq üzü görüb. Belə ki, 1-ci sinif şagirdləri üçün “Əlifba”mızdakı bütün rəqəmlərə aid şeir və tapmacalardan ibarət “Gülünün şeirləri” kitabının müəllifiyəm. Sözügedən kitab 3 dəfə nəşr olunub və bütün məktəblərdə sinifdənxaric oxu kimi istifadə edilir. Statistik məlumata görə, gündə, ən azı, 500-600 nəfər bu kitabdan istifadə edir. Son iki tədris ilində “İlin ən çox oxunan kitabı” adına layiq görülüb.

Zaur Ustac Rusiyanın paytaxtı Moskva şəhərində Kremlin tikilməsində memar olmuş həmyerlimiz şamaxılı Əliş bəy Kərimlinin anadan olmasının 700 illiyinə həsr etdiyi “Əliş və Anna” poemasının əski və latın qrafikası ilə nəşrə hazırlandığını söylədi:

– Kitabın rəssamı və redaktoru məşhur təbrizli musiqiçi-rəssam və pedaqoq Şehin Senayi Fərd xanımdır. Eləcə də “Bayatılar” kitabım iki qrafika ilə – Təbrizdə və Azərbaycanda çap olunaraq yayımlanıb.

Tanınmış şair deyir ki, çağdaş ədəbiyyatımızı bir qrup gənc yersiz yerə tənqid edərək dünya arenasında gözdən salmağa çalışır. Mən onlarla razılaşmıram; onlardan heç biri SSRİ dövründə Xalq yazıçısı Anarın real həyatdan yazdığı “Təhminə və Zaur” əsərindəki hadisələri nümunə çəkib, bu gün baş verən reallıqları o səviyyədə işıqlandıra bilmir. Özlərini eqoist və müştəbeh göstərən “yazar”lara məsləhətin odur ki, heç olmasa, gedib yazıçı Təranə Məmmədin “Tor” kitabındakı eyniadlı povest və hekayələri oxusunlar. Yazıçı bu əsərdə müasir dövrümüzün problemlərini və hadisələrini sadə dillə qələmə alıb və dünya səviyyəsinə çıxacaq bir əsərdir.

Mən ilk öncə özümü peşəkar hərbçi hesab edirəm. Bu gün torpaqıarımız düşmən tapdağı altındadır. Əsas aktual məsələ torpaqlarımızın yağıdan azad edilməsidir. İkinci sənətim müəllim-pedaqoqdur. Sabahımız və gələcəyə açılan yol uşaqlardan, ibtidai sinifdən başlayır. Unutmayaq ki, indi klassik adlandırdığımız bəstəkar, şair və yazıçılar vaxtilə ucqar kəndlərdə müəllim işləyiblər. Hətta dahi yazıçı Lev Tolstoy ömrünün son günlərində Rusiyanın ucqar kəndlərinə – kasıb uşaqlara dərs demək üçün yola çıxıbmış. O, yazdıqlarını cəfəngiyat adlandıraraq, uşaqlara təhsil, savad verməyi daha üstün tutmuşdur. Bax, budur böyüklük. Bu cür insanlar “mənəm” kəlməsini bir dəfə də olsун dillərinə gətirməyiblər.

Gələcəyimiz təhsildən keçir. Bu gün yaxşı olardı ki, fərd şəkildə özümüzü yox, “mənəm-mənəmlik” xəstəliyindən uzaqlaşıb, dövlətimizin daha da güclü olmasını, Vətənimizin bütövlüyünü düşünək və bu amalla йашайаг. Bir vətəndaş kimi düşünməliyik: “Biz bu gün Vətənə nə vermişik və sabah nə verəcəyik?”.

Söhbəti apardı: Qələndər Xaçınçaylı
Həftə içi.- 2018.-17-19 noyabr.- S.8.