Məzmuna keç

Birlik

Vikimənbə saytından
Birlik
Müəllif: Müzəffər Derəfşi
Mənbə: [1]


Birlikdədi güc, ondadı əsrari - səadət,
Birlikdədi zor, ondadı rəmzi - əbədiyyət.
Birliklə çatar həqqinə hər milləti məzlum,
Birlikdə qılar qədrini hər camiə məlum.
Birlikdə edər düşməni hət tayfə mədim,
Ondan yetər amalına hər şanili ümmət.
Birlikdi qoyan zülmü, sitəm mülgünü viran
Birlikdi verən dəhrdə azadlığa imkan.
Birlikdi bütün ölkələrin dərdinə dərman,
Onlar qoyur hər ölkə başa taci - şərafət.
Birlik elə qüdrət ki, edər düşməni nabud,
Birlik böyük aləmdi, qılar elləri məsud.
Birlik deyilən möcüzəlu qüvvədi, yaxud,
Bir seldi coşar isə verər zülmə nəhayət.
Birlikdə olan ellər üçün mənbəi - qüdrət,
Birlikdədir ancaq hamı millətlərə izzət.
Qanundu pozulmaz bu söz, ey talibi - nüsrət;
Təmin edər azadəliyi millətə vəhdət".
Kazımdır olsa cümlə nifaqın evi bərbad,
Zənciri - cəfanı qıra millət, ola azad.
Azad ola fikri, qələmi ömr edə dilşad,
Nurun saça bu ölkəfə xurşidi - həqiqət.

  1. Güləddin İsmayılov. ""Şairlər məclisi"nin fəal üzvü Müzəffər Derəfşi" (az.). az.adfmk.com. 2023-21-08. İstifadə tarixi: 2025-09-17.