Bizim ellər yerindəmi
Jump to navigation
Jump to search
Bizim ellər yerindəmi Müəllif: Koroğlu |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Göydən gedən beş dumalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş dumalar,
Bizim ellər yerindəmi?
Söhbət olurdu sazman,
Ördək olurdu qazman,
Neçə incəbel qızınan
Tuti dillər yerindəmi?
Sevib-seçib bəyəndiyim,
Sedasına oyandığım,
Arxasında dayandığım
Mərd dəlilər yerindəmi?
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boyundan aşdığım
Çenlibellor yerindemi?
Herdən işvə, qemze satan,
Menimle ixtilat qatan,
Gələndə at başı tutan
Şux gözəllər yerindəmi?
Çalxalanıb döyündüyüm,
Arxa verib söyündüyüm,
Qovğa günü öyündüyüm
Nər dəlilər yerindemi?
Koroğlu heç deməz yalan,
İndi olub bağn talan.
Dəmirçioğlu, Dəli Hasan,
İgid ərlər yerindəmi?