Məzmuna keç

Bu bir əcaib haldur, bu hala kimsə irməz

Vikimənbə saytından
Bu bir əcaib haldur, bu hala kimsə irməz
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bu bir əcaib haldur, bu hala kimsə irməz,
Alimlər də’vi qılur, vəli dəgmə göz görməz.

Elm ilə, hikmət ilə kimsə irməz bu sirrə,
Bu bir əcaib sirdür, elmə, kitaba sığmaz.

Aləm elmin oquyan, dört məzhəb sirrin tuyan,
Aciz qaldı bu yolda, bu eşqə el uramaz.

Bu eşqün sirri əcəb bu eşqi qıldı tələb,
Məgər kİ verə Çələb anı dəgmə göz görməz.

Anı ol kişi görür, ol əcəlsüzin ölür,
Bu nəsibi ol alur, anlar ki cana qalmaz.

Hər kim qaldı canuna irmeyisər xanına,
Vardı düşdi həşrde, dəxi bir cana qalmaz?

Hədisdür Mustafadan, eşq ilə iqrar dedi,
Bində bir arif bum baqub oquya bilməz.

Yunus, canum bərk et, bildüldərini terk et,
Fəna olmayan surət şahuna vasil olmaz.