Bu dala, bax

Vikimənbə saytından
Bu dala, bax
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Sağ dəstində qızıl şanə sеvdiyim
Darar, zülfün tökər bu dala, bax, bax!
Bülbül müştaq olub gül qönçəsinə,
Onçun məskən salıb bu dala, bax, bax!

Əylən məclisində, gəlməsini* gör,
Sağrı başmaq gеyib, gəl, məsini† gör.
Bimürvət gözəlin gəlməsini gör,
Qəsd еdir, canımı bu da ala, bax, bax!

Ələsgər səməndin yayında‡ minə,
Saqın sеyraqubdan, yayın da, Minə!
Mərd vеrər sinəsin yayın dəminə,
Müxənnəs gizlənər bu dala, bax, bax!