Bu gün səni cani-könüldən təbrik edirik

Vikimənbə saytından
Bu gün səni cani-könüldən təbrik edirik! (1995)
Müəllif: RAUF CAVAD

Bu gün səni cani-könüldən təbrik edirik!
Doğum günün mübarək, Gülşən, təbrik edirik!

Dünyaya yaxşıki gəlibsən, gözümüz aydın!
Xoş gəlib səfa gətiribsən, bizə, günaydın!
Sevinci, dünyamıza xoş gəlişinlə yaydın,
Hamının üzünə təbəssüm, sevinc payladın!
Səmimi qəlbdən səni Rövşən təbrik edirik!

Əcəb bəzənib günəş sevinir göydə bu gün,
Ay Nura boyanıb, gülümsənir göy də bu gün!
Günəş sarı saçların açıb yerə nur saçır,
Ay-gün gəzib dolanır, bağça-bağ da gül açır!
Bu gün qızıl gülü ürəkdən təbrik edirik!

Ürək heyran olur gül üzlü yarı gördükdə,
Valehdir könül, füsünkar Nigarı gördükdə!
Həyata məna qatır kim sevinib gülərkən,
Sevincin-dərdin dost-tanışla tən bölüşərkən!
Sevinən ürəkləri qəlbdən təbrik edirik!

Geyinib gözəl rəngarəng libasın təbiət,
Görsənir əcəb xoşbəxt, gözəllik verir ləzzət!
Gəl seyr eylə bu qəşəng mənzərəni ol Heyran,
Bəxş edib sevgi dünyamıza Uca Yaradan!
Rauf, Zamanımız var ikən təbrik edirik!