Məzmuna keç

Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı

Vikimənbə saytından
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı.
Fiqəranı, bəsdir, az soy, elə ictinab, varlı.

Həzər eylə rencberdən, ona bəsdi, vurma noxta,
O yazıq əkinçilerden bir utan, bir azca toxda.
Bu qədər yekəltme qamın, puluna güvənmə çox da,
Olu bir zaman çəkərlər sən ilə hesab, varlı.

Sən əgərçi varlanıbsan, pulu yığmısan cəfasız,
Bunu bil ki, varlı hergiz dolananmayıb gədasız,
Bu qədər, görondə yoxsullan, baxma etinasız,
Olann, həzər qıl, etmə üroyin kabab, varlı.

Hamı sosyaiistler indi olann kömekləridir,
Niyə, çün əkib-biçenlər olartn biləkləridir,
Səni varlı eyleyen həm oların emekleridir,
Puiu sən qucaqlayıbsan, o çəkİb əzab, varh,

Sənə düriü-dürlü nemet olar eyleyıb fərahim,
Bu sayaq ilə ki, indi dəyişildi vəzi-alom,
Özünü kənar çəkme, dəxi keçdi, indi sən həm
Gərək öz əmollerinden veresen cavab, varlı.

Yeyib-içmisən doyunca, gece-gündüz olmusan şad,
Füqəraye etmeyibsen o yaman gündə imdad.
Bütün işçilər elinden eləyir feğan-feryad,
Nədi səndə böylə bir zülm, bu cürə itab, varlı.

Dexi bəsdir etdiyin cövrü sitəm, yeter, dübarə
Seçilib qanşma xalqa, bir utan çekil kənarə,
Zibəs etdİyin cefalar hamını getirdi zare,
Törədi bu niyyetindən belə inqilab, varlı.

Sənİ sodri-meclis etsə, başına doluşsa əclaf,
Özünü öyünmə, bəsdir, dexi vurma çox da boş laf,
Bu qədər həyasız olma, elə İaməhalə insaf,
Füqerada qalmayıbdır dəxi səbrü tab, varlı.

  • “Molla Nəsrəddin", 25 dekabr 1917, N 26