Cümhuriyyətə
Cumhuriyyətə Müəllif: Mirzə Əli Möcüz |
Saqiya! Bir badә ver әbnayi-cümhuriyyәtә,
Tәşnәdir әhli-vәtәn sәhbayi-cümhuriyyәtә.
Sakit ol, ahәstә gәl, tünd әsmә, ey badi-sәba,
Qorxuram toz әylәşә simayi-cümhuriyyәtә!
Bir para nadan kişi "Başsız bәdәn olmaz" deyәr,
Bәs, demәk vaqif deyil mәnayi-cümhuriyyәtә,
Qurda verdi kәllәni çün kәllәsiz çobanımız,
Ol cәhәtdәn düşmüşük sövdayi-cümhuriyyәtә.
Qamәti oldu xәmidә binәva iranlının
Bәs ki, kürnuş eylәdi әdayi cümhuriyyәtә.
Qibleyi-alәmlәrә yüz il "Bәli, qurban!" dedik.
Bir zaman da "hәn" deyәk ağayi-cümhuriyyәtә.
İstәsәn qeydi-әsarәtdәn xilas olmaq әgәr,
Qoy qәdәm Musa kimi dәryayi-cümhuriyyәtә!
Etdi әhya Yenki Dünya[1] mürdәganin biltamam;
Sәn dә yalvar, ey oğul, İsayi-cümhuriyyәtә!
Bir qarış yer yoxdu lәmyәzr Firәngistanidә,
Eylә bir әtfi-nәzәr sәhrayi-cümhuriyyәtә!
Möhtәkirlәr asitanin bus edәn cühhalidir!
Üz sürә aqil gәrәk tuğrayi-cümhuriyyәtә.
Qәdri-zәr Möcüz şünasәd, qәdri gövhәr-gövhәri,
Olmaz hәr kәs müştәri kalayi-cümhuriyyәtә!
İstinadlar
[redaktə]- ↑ Amerika respublikasına işarədir