Məzmuna keç

Canımı aldın, əcəb karin var

Vikimənbə saytından
Canımı aldın, əcəb karin var
Müəllif: Nizami Gəncəvi


Canımı aldın, əcəb karin var.
Qeyri bir yerdə də bazarin var?

Çoxdur aşiqlərin, ey nazlı pəri,
Məndən olmaz, belə bidarin var.

Gül üzündə o siyah zülfünlə
Yar bela adlı, bəla yarın var.

Vəslə çatdır bu Nizamini, gözəl,
Nə əcəb, aşiqi-dildarın var!