Can оlmaz isə, sən təki canan yetər mana

Vikimənbə saytından
Can оlmaz isə, sən təki canan yetər mana
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.28.

Can оlmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.

Hicrin cəfası eylə yıxıbdır bu könlümü,
Hər şəb qapunda naləvü əfğan yetər mana.

Zülmat içində abi-həyat istəməz könül,
Lə’lin zülali çeşmeyi-heyvan yetər mana.

Zahid, qоparma sən məni meyxanədən bu gün,
Ruzi-əzəldə yar ilə peyman yetər mana.

Gərçi, Xətayi, getdi əlindən vüsali-dust,
Hər dəm xəyali-didəyə mehman yetər mana.