Can bülbülü olmuş zәğәni-nәfsә giriftar

Vikimənbə saytından
Jump to navigation Jump to search
Can bülbülü olmuş zәğәni-nәfsә giriftar
Müəllif: Əbülhəsən Raci

Can bülbülü olmuş zәğәni-nәfsә giriftar,
Daim qәfәsi-sinәdә eylәr ona azar.
Bu, layiqi-firdovs, o, niyranә sәzavar,
Ülvitәlәbi-süfldә ol hiylәgәr istәr.
 
Tövfiqini, ya rәb, bizә hәmvarә rәfiq et,
Dәvayi-tәvalayi-hüseynidә sәdiq et,
Lütfün bu rәhi-eşqdә hәmrahi-tәriq et,
Dil vadiyi-heyrәtdәdi, bu rahbәr istәr.
 
Hәr kimsәnә istәr ola aşiqliyә layiq,
Әlbәttә, xәlayiqdәn edәr qәti-әlayiq,
Qәti-nәzәr ondan da gәrәk aşiqi-sadiq,
Hәr mamәlәkindәn edә qәti-nәzәr istәr.