Döndərdin (Zodlu Abdulla)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Döndərdin Müəllif: Zodlu Abdulla |
Mənbə: Abdulla, Zodlu. Zodlu Abdulla. Bakı: Təbib. 2024. |
Oğrun-oğrun baxan gözəl,
Bağrımı qana döndərdin.
Özü gözəl, adı pünhan,
Könlümü şana döndərdin.
Dərdim artıb günbəgündən,
Təltif verir gül üzündən,
Beymürvətin zülmündən
Hökmünü xana döndərdin.
Gəlin, sevgilini tanı,
Bu aləm oduna yanı.
Abdullaya bu dünyanı,
Zalım, zindana döndərdin!